♫ Ramin Əhmədoğlu - Qıqanıram ♫
Gülüm səni dərdiyin,
Gülə də qısqanıram.
Gəzdiyin çəmənə də,
Çölə də qısqanıram.
Payıza, qışa, yaya
Dənizə, gölə, çaya,
Mənsiz ötən hər aya,
İlə də qısqanıram.
Ayağın altda toza,
Yağışa, qara, buza,
Şeiri yaza-yaza,
Hələ də qısqanıram
Çiyinlərinə çatan,
Əsən mehə naz satan,
Hərdən üzünü tutan,
Telə də qısqanıram.
Bircə dəfə söz anla,
Əsib-coşsam tez anla,
Nolar məni düz anla,
Elə də qısqanıram,
Belə də qısqanıram.
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
#RaminƏhmədoğlu #musiqilişeir #Şeir
コメント