♫ R.Ağayeva - Söylə hara getmisən ♫
Sənlə eşqin böləni,
Güldürəni, güləni,
Həsrətindən öləni,
Niyə peşman etmisən,
Söylə hara getmisən?
Ey ruhumun oxşarı,
Ömür yarı, gün yarı,
Bir vaxt sevdiyin yarı,
Niyə peşman etmisən,
Söylə hara getmisən?
Gəzib dağı-dərəni,
Uçurub bənd-bərəni,
Sənə qəlbin verəni,
Niyə peşman etmisən,
Söylə hara getmisən?
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
#şeir #şeirlər #azərbaycan #azerbaijan
コメント