Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
76いいね 1712回再生

Okaber × RG - Fərqli Arzular Beat/Karaoke

Okaber'in Evtanaziya albomundan RG ilə birgə işi olan Fərqli Arzular adlı track'in beati artıq kanalımızdadır. Daha çox belə video üçün kanala abunə olmağı unutmayın...
Xoş dinləmələr və təşəkkürlər...

MRahimov Instagram: www.instagram.com/mirirahimov_

[Okaber × RG - Fərqli Arzular Sözləri/Lyrics]

Verse: (Okaber)
Sevirdim sevgini, dəyişdim xəyanətə,
Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə.
Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə,
Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə.
Sevirdim bayramları, dəyişdim faciələrə,
Sevirdim şokoladı, dəyişdim fahişələrə.
Atdığım addımlar baxmadan ardıma,
Sürətimi dəyişdirdim təcili yardıma.
Hər sətirdə vergül qoyurdum dəyişdim nidaya,
Sevirdim görüşləri, dəyişdim əlvidaya.
Sevirdim arzuları, dəyişdim dəyişdim qəbrlə,
Sevirdim danışmağı, dəyişdim sətirlə.
Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə,
Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə.
Agressiv satira, tənqid yazılır hər xanaya,
Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya.

Nəqarət: (RG)
Hərdən fərqli arzular, fərqli duyğular,
Yoxdu Qorxum.
Səndən üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin

Verse : (Okaber)
Sevirdin sevgini sən, dəyişdin ehtirasa,
Mən gedəndə yazılarım dönəcək mirasa.
Qardaşım, çox ayağımın altını qazan var idi.
Deyərsən, Azərbaycanda belə yazan var idi!
(canavar) Yox! Mən adi bir insan olardım,
37-də yaşasaydım, repressiya qurbanı olardım.
Həyatımı xırdalayıb, yazdım çox hecalı şerə,
Orxan Mustafa-zadə’ni dəyişdim Okaberə.
Sevirdim yenilikləri, dəyişdim köhnələrə,
Uşaq meydançalarını, dəyişdim səhnələrə.
Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə,
Məktəbdə sevgi məktubunu, dinləyici sms-nə.
Söz tapmayanda yazmamışam Lyaka’dan,Lika’dan
Nə Premyer-Liqa’dan nə də ki super chikadan
Bir az aqressiya, lirika bir az satira
Varlığım bənzəyir 25-ci kadra

Nəqarət: (RG)

Hərdən fərqli arzular, fərqli duyğular,
Yoxdu Qorxum.
Səndən üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin





Hashtags: #OkaberKarabin #RG #FərqliArzular

コメント